Nazirlik: 100dən çox hakim nöqsan və pozuntulara görə məhkəmə sistemindən kənarlaşdırılıb


Digərləri 24 Sen 2018 20:08:00 291 0

Nazirlik: 100dən çox hakim nöqsan və pozuntulara görə məhkəmə sistemindən kənarlaşdırılıb

Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.

Son.az bildirir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş zona müşavirəsi keçirilib.

Müşavirədə məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, daxil olan şikayətlər və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə ölkə Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizənin aparıldığını vurğulayan F.Məmmədov məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan halların yolverilməzliyini diqqətə çatdırıb. Vətəndaşların əsassız get-gələ salınması, işlərə baxılmamasının süründürülməsi, habelə bəzi hakimlərin qeyri-etik davranışı qeyd olunaraq belə halların insanları narazı saldığı, şikayətlər doğurduğu bildirilib.


Xəbərə aid fotolar