Bank VTB (Azərbaycan) depozit üzrə faizləri artırıb


Digərləri 24 Sen 2018 18:41:52 363 0

Bank VTB (Azərbaycan) depozit üzrə faizləri artırıb

Bank VTB (Azərbaycan) “Universal”, “Sərfəli” və “Sərbəst” depozitləri üzrə faiz dərəcələrini artırıb.

Bakı. Bank VTB (Azərbaycan) “Universal”, “Sərfəli” və “Sərbəst” depozitləri üzrə faiz dərəcələrini artırıb. Bankdan Trend-ə verilən məlumata görə, əmanətlər üzrə gəlirlilik 1,4 faiz bəndi artıb. İndi vəsaitin əlavə edilməsinə imkan verən “Universal” əmanəti üzrə maksimal faiz dərəcəsi manatla illik 9%, dollarla 1,9% təşkil edir. “Sərfəli” depoziti üzrə faiz dərəcələri dollarla 2,3% , manatla 10,5%-dir. Hər iki məhsul üzrə əmanətin minimal məbləği 100 manat (və ya xarici valyuta ekvivalenti) təşkil edir.