Yevlaxda "Hyundai" piyadanı vurub öldürdü


Digərləri 24 Sen 2018 18:04:00 213 0

Yevlaxda "Hyundai" piyadanı vurub öldürdü

Yevlax şəhəri ərazisində "Hyundai" markalı avtomobillə piyada vurulub.

DİN-dən Son.az-a verilən məlumata görə, sentyabrın 23-də saat 19 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Vasif Məmmədəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.