Polo üzrə Avropa çempionatında Azərbaycan millisi 3-cü qələbəsini qazanıb (FOTO)


Digərləri 24 Sen 2018 17:21:59 272 0

Polo üzrə Avropa çempionatında Azərbaycan millisi 3-cü qələbəsini qazanıb (FOTO)

İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 3-cü turun oyunları keçirilib.

Bakı. Samir Əli - İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 3-cü turun oyunları keçirilib. Trend-in məlumatına görə, Slovakiya komandası ilə qarşılaşan Azərbaycan milli komandası növbəti uğura imza ataraq qələbə seriyasını davam etdirib. Milli yığmamız rəqiblərini 11:7 hesabı ilə məğlub edərək yarışın favoritləri sırasında əsaslı olaraq yer tutmalarını bir daha nümayiş etdiriblər.