Baş Prokurorluğun nümayəndə heyəti MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib


Digərləri 24 Sen 2018 16:08:00 212 0

Baş Prokurorluğun nümayəndə heyəti MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib

Düşənbədə MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 28-ci iclası keçirilib.

Bakı. Sentyabrın 20-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 28-ci iclası keçirilib. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, MDB prokurorluq orqanları əməkdaşlarının iştirak etdikləri tədbirdə ölkəmizi Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdən əvvəl nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən qəbul edilib. Şuranın iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verərək, Azərbaycan Baş Prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət” mövzusunda çıxış edib.