Yunanıstandan gələn Nigar Camal əsəbiləşdi: “Nənəmlə zeytun yığmağa...”


Şou-biznes 24 Sen 2018 15:33:00 397 0

Yunanıstandan gələn Nigar Camal əsəbiləşdi: “Nənəmlə zeytun yığmağa...”

Xəbər verdiyimiz kimi, müğənni Nigar Camal istirahət üçün Yunanıstana yollanmışdı.

Son.az publika-ya istinadən xəbər verir ki, sənətçinin tətili başa çatıb. Bakıya qayıdan Nigar Camal Yunanıstanın hava limanından foto paylaşaraq səfəri haqqında təəssüratlarını yazıb:

"Səhər reyslərini heç sevmirəm, həm də tranzit, üstəlik yuxulu və Afinada insanlar bir az soyuq və kobuddurlar. Min dəfə soruşublar ki, Yunanıstana niyə gəlmisiniz və kimlə? Nənəmlə zeytun yığmağa... Suala baxın da: Əllərinizə nə çəkmisiniz? Deyirəm ki, krem. Sonra soruşurlar ki, bəs kremdən başqa? Nə cavab verəsən belə suala?"