Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini “Caspian Energy Forum Baku-2018”də iştirak edib


Digərləri 24 Sen 2018 14:39:10 255 0

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini “Caspian Energy Forum Baku-2018”də iştirak edib

Azərbaycan hökumətinin və “Caspian European Club”un dəstəyilə Bakıda “7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018” təşkil olunub.

Bakı. Azərbaycan hökumətinin və “Caspian European Club”un dəstəyilə Bakıda “7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018” təşkil olunub. Trend-in məlumatına görə, forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Nazir müavini qeyd edib ki, ölkə rəhbərliyinin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. Prezidentin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” adlı Fərmanı ilə yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzləri də bu istiqamətdə mühüm innovativ yeniliyə yol açan addımlardan biridir. İlin əvvəlində qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” qanunundan danışan nazir müavini bildirib ki, bu qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.