Qaraçuxurda maşın piyadanı vurub


Digərləri 24 Sen 2018 13:59:15 233 0

Qaraçuxurda maşın piyadanı vurub

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 1 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Seymur Səfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.