Dövlət qulluğuna qəbulla bağlı növbəti imtahanın vaxtı bilindi


Digərləri 24 Sen 2018 12:58:00 261 0

Dövlət qulluğuna qəbulla bağlı növbəti imtahanın vaxtı bilindi

Sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 27 sentyabr saat 18:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilib) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.