Nazir müavini: Azərbaycan regional tranzit mərkəzinə çevrilməsi üçün vacib addımlar atır


Digərləri 24 Sen 2018 12:44:00 217 0

Nazir müavini: Azərbaycan regional tranzit mərkəzinə çevrilməsi üçün vacib addımlar atır

Azərbaycanda elektron kommersiya sahəsində hüquqi nizamlanmanın formalaşdırılması və təmin olunması üçün vacib addımlar atılır

Bakı. Hüseyn Vəliyev - Azərbaycanda elektron kommersiya sahəsində hüquqi nizamlanmanın formalaşdırılması və təmin olunması üçün vacib addımlar atılır. Trend-in məlumatına görə, bunu Bakıda elektron kommersiya forumu zamanı Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, vacib addımlardan biri yerli məhsulun beynəlxalq bazara çıxışı imkanının təmin olunmasıdır: “Ölkədə qəbul olunmuş hüquqi və normativ aktlar, o cümlədən “Elektron kommersiya haqqında” qanun, 2014-2020-ci illər üçün İnformasiya cəmiyyətinin inkişafı üzrə milli strategiya və iqtisadiyyatın müxtəlif sahələri üzrə strateji yol xəritələri bu sahədə qarşıya qoyulan hədəflərin reallaşdırılmasına imkan yaradır”. Nazir müavini bildirib ki, hazırda ölkədə “Azərpoçt” və “SilkWay”in e-kommersiya sahəsində birgə layihəsi uğurla reallaşdırılır. Bu layihə Çinin elektron ticarət məkanları vasitəsilə sifariş olunan məhsulların ölkəyə çatdırılmasını nəzərdə tutur.