Səyyar ASAN xidmət bu gün daha 10 ərazidə fəaliyyət göstərəcək


Digərləri 24 Sen 2018 10:13:00 227 0

Səyyar ASAN xidmət bu gün daha 10 ərazidə fəaliyyət göstərəcək

Səyyar ASAN xidmət davam edir

Bakı. Səyyar ASAN xidmət davam edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, səyyar ASAN xidmət 3 sentyabr – 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3 – 27 sentyabr Qazaxda, 20 – 29 sentyabr Qobustan qəsəbəsində, 21 sentyabr – 2 oktyabr Dəliməmmədli şəhərində, 21 sentyabr – 5 oktyabr Masazırda, 26 sentyabr – 15 oktyabr Göyçayda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: - Notariat fəaliyyəti; - Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; - Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;