Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub


Digərləri 24 Sen 2018 09:59:00 227 0

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub.

Bakı. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub. XİN-dən Trend-ə verilən məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin