Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanılıb


Digərləri 24 Sen 2018 09:20:00 265 0

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Sentyabrın 22-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 181 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.