Çapıqlar və onların növləri


Digərləri 24 Sen 2018 07:35:00 295 0

Çapıqlar və onların növləri

Çapıqlar insanın bədənində iz qoymaqla yanaşı, psixi pozuntular, özünə qapanma, cəmiyyətdən təcrid olma kimi bir sıra problemlərə də səbəb ola bilər.

Çapıq-tibbi nöqteyi nəzərdən dəri bütövlüyünün pozulması nəticəsində əmələ gələn problemdir. Bu, dəri sağaldıqdan sonra meydana çıxan birləşdirici toxumadır və dəri bərpasının son mərhələsi hesab olunur. Çapıqlar üç növə bölünür-normotrafik, atrofik və hipertrofik. Hipertrofik çapıqların kelloid deyilən əlavə növü daha var.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a həkim-dermatoloq, tibb elmləri namizədi Elşad Novruzov məlumat verib.