Hamiləlik vaxtı bunlardan uzaq durun


Digərləri 23 Sen 2018 20:45:00 273 0

Hamiləlik vaxtı bunlardan uzaq durun

Son.az axşam.az-a istinadən hamiləlik vaxtı uzaq durmalı olduğunuz halları sizinlə bölüşür:

1. Hündürdaban ayaqqabı geyinməyin - diz, ayaq və bel ağrılarınız ola bilər. Çalışın, ortopedik ayaqqabı alasınız.

2. Az su içmək - ana hamiləlik vaxtı yaxşı bəslənirsə, son 3 ayı uşağın kifayət qədər suyu olacaq. Gün ərzində 1, ən çox 2 litr su için. Bol su ayaqlarda şişkinlik yarada bilər.

3. Çox yemək yemək - "İki canlısan, iki nəfərlik ye" cümləsini hamilə vaxtı tez-tez eşitmək olar. Amma bu səhv fikirdir. Ana hamiləlik vaxtı çox yemək yeyərsə, bu, həm uşağa, həm özünə ziyandır. Doğuşdan sonra arıqlama problemi yaşayar. 

4. Suda çox qalmaq - hamiləlik vaxtı çimmək xeyridir, amma suda çox qalmamaq şərti ilə. Maksimum 30 dəqiqə kifayətdir. Çünki sudan infesiya tuta bilərsiniz. Çimdiyiniz su isə 37-38 dərəcədən çox olmamamlıdır.