"Fiberoptikanın atası" öldü


Dünya 23 Sen 2018 19:14:00 227 0

"Fiberoptikanın atası" öldü

"Fiberoptikanın atası" hesab olunan professor Çarlz Kao sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülən alimin vəfatı barədə məlumatı Honqkonq mətbuatı yayıb.

O, uzun illər Alzeymer xəstəliyindən əziyyət çəkib.