Cəlilabadda təcili yardım maşını piyadanı vuraraq öldürüb


Digərləri 23 Sen 2018 18:58:00 298 0

Cəlilabadda təcili yardım maşını piyadanı vuraraq öldürüb

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub. A.Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlumata görə, təcili yardım avtomobili xəstə aparırmış.

Faktla bağlı araşdırma aparılır.

Son.az