Almanların ən çox fəxr etdiyi şəxs məlum oldu


Dünya 23 Sen 2018 17:49:00 257 0

Almanların ən çox fəxr etdiyi şəxs məlum oldu

Almaniya vəətəndaşları ölkənin müxtəlif sahələri təmsil edən xadimləri arasında daha çox hazırkı kansler Angela Merkellə qürur duyurlar. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Welt am Sonntag qəzetinin keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.

Sorğu iştirakçılarına siyasət, iqtisadiyyat, elm, idman və mədəniyyət sahələrindəki nailiyyətləri ilə qürur duyulacaq almanların adlarını çəkmək təklif olunub. 

Sorğunun nəticələrinə görə, Almaniya vətəndaşları daha çox hazırkı kansler Angela Merkellə (16% respondent) fəxr edirlər. Kanslerin adı ölkənin həm qərbi, həm də şərqində daha çox çəkilib. 

İkinci yeri keçmiş federal kansler Helmut Şmidt (11%) tutub. Üçüncü və dördüncü yerlərdə də keçmiş federal kanslerlər Villi Brandt və Helmut Kol (6%) qərarlaşıblar. Onların adlarını daha çox ölkənin şərq hissəsində yaşayanlar çəkib.