ABŞdan “yaşıl kart” qərarı: Şərtlər dəyişir


Dünya 23 Sen 2018 14:46:00 246 0

ABŞdan “yaşıl kart” qərarı: Şərtlər dəyişir

ABŞ hökuməti "yaşıl kart" və vizaların verilməsini sərtləşdirə bilər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, qanun layihəsi ölkədə leqal yaşayan, lakin sosial yardım üçün müraciət edən mühacirlərə "yaşıl kart" və viza verilməsindən imtinanı nəzərdə tutur.

Bəzi hallarda ABŞ vətəndaşlığını almaq istəyən şəxsdən 10 min dollar məbləğində girov tələb oluna bilər. Bu addımları atmaqla hökumət mühacirin gələcəkdə özünü təmin etməsinə dair zəmanət əldə etmək niyyətindədir.