Köçəryanın oğlu MTX direktoruna qarşı iddia qaldırdı


Dünya 23 Sen 2018 14:11:00 270 0

Köçəryanın oğlu MTX direktoruna qarşı iddia qaldırdı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı məhkəməyə verib, Virtualaz.org "Novosti Armeniya"ya istinadən məlumat yayıb. 

Son.az bildirir ki, iddiaçı böhtanın ictimai təkzibini və kompensasiya tələb edir. Amma hələlik hansı təkzibdən söhbət getdiyi məlum deyil.

Maraqlıdır ki, dünən Milli Təhlükəsizlik Xidmətinin direktoru Robert Köçəryanla bağlı öz bəyanatında bəzi dəyişikliklər edib və bunu danışıqda tələsməklə əsaslandırıb.