Limon duzunun faydaları nələrdir?


Digərləri 23 Sen 2018 14:18:00 622 0

Limon duzunun faydaları nələrdir?

Təbii antbiotik sayılan limonun faydaları çoxdur. Limon duzu kimi tanıdğımızın ərzağın da faydası ən az limon qədərdir. Lakin düzgün istifadə edilərsə...

Son.az limon duzunun istifadə qaydaları, faydası və zərərləri haqda yazını təqdim edir.

Limon duzu haralarda istifadə edilir?

E330 kimi tanınan sitrik turşu, yəni limon duzu maddəsi bir çox fərqli hazır məhsulun tərkibində istifadə edilir. Qida sektorunda bəzi şirniyyat növlərinin istehsalında, dərmanlarə və bəzi hazır içki növlərinə dad vermək məqsədilə tərkibinə qatılır. Limon duzu, mətbəxdə salatların və xörəklərin tərkibində istifadə edilir. Hətta zeytun turşusunda, turşular və mürəbbə hazırlanmasında da əvəzsizdir. Limon duzu yalnız qidaların deyil, evdarlıqda da təsirli olan bir maddədir. Ərp tutmuş çaydan, kettle (su qızdırıcı), qazan kimi mətbəx ləvazimatları üçün daha təbii bir ərp təmizləyici olaraq istifadə edilir. O həm də qabyuyan maşınlar üçün təsirli vasitədir.

Limon duzunun faydaları nələrdir?