Ölkə ərazisində faktiki hava açıqlandı, bəs sabah hava necə olacaq?


Digərləri 23 Sen 2018 13:23:13 249 0

Ölkə ərazisində faktiki hava açıqlandı, bəs sabah hava necə olacaq?

Azərbaycan ərazisində faktiki hava açıqlandı

Bakı. Tural Turan - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbr verildiyi kimi sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçmiş, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxmış, arabir yağış yağmış, bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yağış Bakıda 21.0 mm (aylıq normanın 122 %-i) (norma 17.2 mm), Oğuzda 31.0 mm(aylıq normanın 42 %-i) (norma 73.7 mm), Qəbələdə 28.0 mm (aylıq normanın 36%-i) (norma 78.5 mm), Kişçayda (Şəki) 27.0 mm (aylıq normanın 41 %-i) (norma 68.1mm), Ordubadda 22.0 mm (aylıq normanın 175 %-i) (norma 12.6 mm), Mingəçevirdə 15.0 mm (aylıq normanın 60%-i) (norma 12.6 mm) olub. Bakıda və Abşeron yarımadasında bu gün arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarekterli olacağı,şimşək çaxacağı ehtimalı var. . Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var. Havanın temperaturu 2-4° aşağı enəcək. Cənub-şərq küləyi 5-10 m/s. əsəcək, havanın temperaturu gündüz 22-24°, axşam 20° isti təşkil edəcək.