Adnan Oktarın kediciyindən İNANILMAZ ETİRAFLAR: 30 il ərzində yaşanan DƏHŞƏTLƏR


Digərləri 23 Sen 2018 07:32:00 334 0

Adnan Oktarın kediciyindən İNANILMAZ ETİRAFLAR: 30 il ərzində yaşanan DƏHŞƏTLƏR

Özünü din xadimi kimi təqdim edən Adnan Oktarın təşkilatı ilə bağlı araşdırma zamanı tutulan və səmimi peşmanlıq hissinə görə azad edilən Ayça Park 30 il ərzində yaşadıqlarını Anadolu Agentliyinə danışıb.

Son.az xəbər verir ki, o, həbsxanaya girəndən sonra azad olduğunu bildirib.

"Bu 30 il sonra gələn azadlıqdır. Fiziki, beyin və vicdan olaraq azadam. Çünki vicdanımız təsir altında idi. Bizə deyildiyi kimi düşünmək, Qurani-Kərimi bizə deyildiyi kimi şərh etmək məcburiyyətindəydik. Adnan Oktarın A9-da canlı yayımlarını çəkirdim. Orada hər şey Oktarın nəzarətində idi. Hansı dəqiqədə nəyin yayımlanacağı, fasilələrlə bağlı qərarı özü verirdi. Əsas işim onun səhvlərini ört-basdır etmək idi".

A.Pars bildirib ki, təşkilat ötən əsrin 90-cı illərinin ortalarından istiqamətini dəyişdi və birinci qrupa "təbliğat qrupu"deyilir.

"Adnan Oktar dindar qrupu müşrik adlandırırdı. Özünü ən doğru yolda olan insan kimi müdafiə edirdi. Təşkilatın daixlindəkilər onu təqlid edirdi. Qadınlara müxtəlik kometik müdaxilələr edirdi. Bəzilərinin üstündə estetik əməliyyatlar edilirdi. Adnan Oktarın istədiyi model var idi, həmin model kimi görünənə qədər botoks kimi əlavə vasitələrlən istifadə edilirdi. Kollecdə oxuyanda dinə olan marağı səbəbindən təşkilata qoşulan A.Park sonradan ordan ayrıla bilmədiyini deyib.


Xəbərə aid fotolar