5 otaqlı ev yanıb


Digərləri 23 Sen 2018 07:00:00 312 0

5 otaqlı ev yanıb

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Xocavənd kəndində ümumi sahəsi 240 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.