İtkin düşən qadından ŞOK SÖZLƏR: "Meşədə ayı və canavar..."


Digərləri 22 Sen 2018 20:28:00 818 0

İtkin düşən qadından ŞOK SÖZLƏR: "Meşədə ayı və canavar..."

"Ayı və canavar yanıma gəldi, mənə baxdılar, amma heç nə etmədən çıxıb getdilər".

Son.az xəbər verir ki, bu sözləri Ərzurum Aşkale bölgəsində 3 gün əvvəl itkin düşən qadın deyib.

İki uşaq anası, 34 yaşlı Pınar Urçar 3 gün əvvəl qaynatasının evindən anasıgilə gedərkən itkin düşüb.

Yolda o çantasının qaynatasının evində qaldığını xatırlayıb. Oğlu çantanı götürmək üçün geri qayıdıb, gələndə anasını tapmayıb. Psixoloji problemi olan qadını tapmaq üçün günlərdir vətəndaşlar və polis səfərbər olub. Gərgin axtarışlardan sonra qadın bir ağacın altında tapılıb.

Qadının yaxınları onun hazırda müayinə məqsədilə xəstəxanada olduğunu bildirib.


Xəbərə aid fotolar