Birinci sinif şagirdləri Dövlət Komitəsində ekskursiyada olublar


Digərləri 22 Sen 2018 14:45:59 244 0

Birinci sinif şagirdləri Dövlət Komitəsində ekskursiyada olublar

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının bu il ilk dəfə orta məktəbə gedən övladları üçün ekskursiya təşkil olunub.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının bu il ilk dəfə orta məktəbə gedən övladları üçün ekskursiya təşkil olunub. Komitədən Trend-ə verilən məlumata görə, valideynləri ilə birgə işə gələn balacalar onların iş otağı, kollektiv və rəhbərliklə tanış olub. Balacalar Dövlət Komitəsinin binasını gəzib, ayrı-ayrı strukturların iş şəraitini izləyib, onlara Komitənin fəaliyyəti barədə informasiya verilib.