Gəncənin təhlükəli qaranlıqları


Digərləri 22 Sen 2018 13:31:00 235 0

Gəncənin təhlükəli qaranlıqları

Gəncənin mərkəzindəki yeraltı piyada keçidində əsl zülmət hökm sürür.

Son.az BakuPost-a istinadən bildirir ki, söhbət şəhər əhalisinin aktiv istifadə etdiyi, Nizami Gəncəvi və Şah İsmayıl küçələrinin kəsişməsindəki keçiddən gedir. 

Gəncə sakinləri günorta saatlarında çəkilmiş fotonu sayta göndəriblər. Hətta, günün işıqlı vaxtlarında da keçiddən keçmək çətin və təhlükəlidir. Nəzərə alsaq ki, keçiddən şagirdlər də istifadə edir, problemin nə qədər ciddi olduğunu təxmin etmək çətin deyil. 

Sakinlər bildirir ki, Gəncədəki bütün yeraltı piyada keçidlərində vəziyyət eynidir. Onlar gündüz saatlarının qısaldığı payız və qış fəsillərinin yaxınlaşdığını nəzərə alaraq, qarşıdakı aylarda piyada keçidlərindən istifadənin daha təhlükəli olacağını bildirir və tədbir görülməsini istəyirlər.