Bakı sakinini küçədə qarət edən dəstə tutuldu


Digərləri 22 Sen 2018 12:29:00 253 0

Bakı sakinini küçədə qarət edən dəstə tutuldu

Bakı sakini küçədə qarət edilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 19-da DİN-in "102-Zəng Mərkəzi"nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.

Məlumatla əlaqədar Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.