Polis əməliyyat keçirdi, qanunsuz silahsursat yığıldı


Digərləri 22 Sen 2018 11:54:00 329 0

Polis əməliyyat keçirdi, qanunsuz silahsursat yığıldı

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Nüsrət İbrahimov "Makarov" markalı tapançanı, 97 ədəd müxtəlif çaplı patronu və 2 ədəd patron darağını könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinə təhvil verib.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Hatəm Cəlilovun yaşadığı bağ evinin həyətindən torpağa basdırılmış lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.