ABŞda təyyarə qəzası baş verib, ölənlər var


Dünya 22 Sen 2018 09:05:00 224 0

ABŞda təyyarə qəzası baş verib, ölənlər var

ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Missuri ştatında, Sent Luis şəhəri yaxınlığındakı aeroportda baş verib.

Hadisə nəticəsində iki nəfər - ata və oğlu həlak olub. Məlumata görə, qəzaya pilotun qaranlıqda enmə xəttini tapa bilməməsi səbəb olub. Polis şerifinin sözlərinə görə, təyyarə Nyu-Yorkdan qayıdırmış.