Köpək balığı qadına hücum edib


Digərləri 22 Sen 2018 08:54:00 453 0

Köpək balığı qadına hücum edib

Avstraliyanın Kvinslend ştatında, Uitsandey adaları yaxınlığında köpək balığı turistə hücum edərək ağır yaralayıb.

Son.az Trend-ə istinadən bildirir ki, 46 yaşlı qadın turist yaxtanın yaxınlığında üzərkən köpək balığı ona hücum edib və sağ budundan dişləyib.

Qadın tez bir zamanda sudan çıxarılıb və yaxtada olan həkim qanaxmanın qarşısını alıb. Daha sonra qadın helikopterlə xəstəxanaya çatdırılıb.