4 min yaşı olan məqbərələr aşkar edilib


Digərləri 22 Sen 2018 07:55:00 324 0

4 min yaşı olan məqbərələr aşkar edilib

Alabama ştatı universitetindən olan bir qrup alim Misirin Qədim Abidələr Nazirliyi ilə birgə Misirdə aparılan tədqiqat işləri çərçivəsində Qahirənin cənubundakı Lişt kəndinin ərazisində yaşı təxminən 4000 il olan qədim qəbiristanlıq aşkar ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin fikrincə, qəbiristanlıqdakı məzarlar təxminən eramızdan əvvəl 1785-ci ildə başa çatmış Orta çarlıq dövrünə aiddir. Bu yer həm də 12-ci sülaləyə mənsub olan bir neçə fironun piramida şəkilli kompleksləri ilə məşhurdur. Bu, öz ölçülərinə görə Misirdə ən böyük qəbiristanlıqlardan biridir. Lakin Lişt kəndindəki ehram kompleksləri turistlər üçün, məsələn, Qizedəki məşhur ehramlar kimi cəlbedici deyil, çünki onlar qismən dağıdılmış vəziyyətdədir.

Hazırda alimlər qədim məzar daşlarında qalmış heroqliflərin şifrini açmağa çalışırlar. Onlar öz tədqiqatlarını sənədləşdirib və qədim qəbiristanlığın 3D-xəritəsini tərtib ediblər.


Xəbərə aid fotolar