Yaponiyanın mədəniyyət nazirinin müavini korrupsiya qalmaqalına görə istefa verib


Dünya 22 Sen 2018 06:30:00 265 0

Yaponiyanın mədəniyyət nazirinin müavini korrupsiya qalmaqalına görə istefa verib

Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiyalar nazirinin müavini Kazuo Todani rüşvətxorluqla əlaqədar qalmaqal səbəbindən istefa verib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, onun istefa barədə ərizəsi sentyabrın 21-də hökumətin iclası zamanı qəbul edilib.

Qeyd edək ki, bu, son iki ildə Yaponiyada mədəniyyət naziri müavininin müxtəlif qalmaqallar fonunda istefa verdiyi ikinci haldır. K.Todaninin sələfi Kihey Maekava ötən ilin əvvəllərində nazirliyin pensiyaya çıxan məmurlarını müxtəlif dövlət təhsil müəssislərində vəzifəyə yerləşdirməsi ilə əlaqədar qalmaqallar fonunda istefa vermişdi.

Məsələni şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi K.Todaninin istefası faktını fövqəladə dərəcədə kədərverici hal adlandırıb.