İsveç dünyanın yaxşılaşdırılması işində başqa ölkələrdən daha çox səy göstərir


Digərləri 22 Sen 2018 02:30:00 322 0

İsveç dünyanın yaxşılaşdırılması işində başqa ölkələrdən daha çox səy göstərir

İsveç dünyanın yaxşılaşdırılması işində başqa ölkələrdən daha çox səy göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Amerikadakı "Qlobal İnkişaf Mərkəzi" adlı qeyri-kommersiya analitik mərkəzinin məruzəsində bəhs edilir.

Mərkəzin tədqiqatçıları bu işi "İnkişaf indeksinə sədaqət - 2018" adlandırıblar. Araşdırmada dünyanın ən zəngin 27 ölkəsinin yoxsul ölkələrdəki insanlara yardım göstərilməsi üzrə səyləri qiymətləndirilir, habelə yoxsul ölkələrdə yaşayan beş milyarddan çox insanın həyatına bu siyasətin nə dərəcədə səmərəli təsir göstərməsi təhlil edilir.

Məruzədə dünyanın yoxsul əhalisini dəstəkləmək üçün varlı ölkələrin gördüyü işlər vurğulanır. İllik indeksdə başqalarına kömək göstərilməsi ilə yanaşı, həm də ölkələrin yürütdüyü siyasət təhlil olunur. Zəngin ölkələr tərəfindən maliyyə, texnologiyalar, ətraf mühit, ticarət, təhlükəsizlik və miqrasiya sahələrində göstərilən siyasi səylərə qiymət verilir.