Cocuq Mərcanlıda 25 ildən sonra məhsul istehsalına başlanılıb VİDEO


Digərləri 21 Sen 2018 23:28:00 219 0

Cocuq Mərcanlıda 25 ildən sonra məhsul istehsalına başlanılıb  VİDEO

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə kənd təsərrüfatı məhsulları becərilib.

Son.az bildirir ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində kənddə istixana təsərrüfatları yaradılmışdı. Burada hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü, tunel tipli 15 istixana qurulmuşdu. Artıq 25 ildir ki, əkilməyən həmin torpaqlardan bol məhsul əldə edilib.

Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə istixanalarda yetişdirilmiş 1100 kiloqram xiyar Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən satın alınıb. Bununla yanaşı, fermerlər məhsulun pərakəndə satışını da həyata keçirirlər.

Fermerlər növbəti illərdə digər kənd təsərrüfatı məhsulları da becərmək niyyətindədirlər.