Türkiyənin təhlükəsizlik qüvvələri 1 həftə ərzində 56 terrorçunu zərərsizləşdirib
Digərləri 21 Sen 2018 23:18:29 211 0
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Şırnak, Siirt, Diyarbakır, Ağrı əyalətlərində və İraqın şimalında 14-20 sentyabr tarixlərində keçirilən xüsusi əməliyyatlar zamanı 56 PKK terrorçusu zərərsizləşdirilib
Bakı.
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Şırnak, Siirt, Diyarbakır, Ağrı əyalətlərində və İraqın şimalında 14-20 sentyabr tarixlərində keçirilən xüsusi əməliyyatlar zamanı 56 PKK terrorçusu zərərsizləşdirilib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qaçaqmalçılara və narkotik alverçilərinə qarşı keçirilən əməliyyatlar zamanı 41,94 min qutu siqaret, 669 min çətənə kolu və 725 kiloqramm narkotik maddələr müsadirə olunub.
Mənbə: az.trend.az