ABŞın BMTdəki nümayəndəsi: "Türkiyə və ABŞ prezidentlərinin görüşü mümkündür"


Dünya 21 Sen 2018 21:35:00 203 0

ABŞın BMTdəki nümayəndəsi: "Türkiyə və ABŞ prezidentlərinin görüşü mümkündür"

Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan görüşə bilər.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.

O, bildirib ki, prezidentlərin görüşü gözlənilmir. Ancaq sentyabrın 25-də BMT-nin baş katibi Antonio Quttereşin verəcəyə ziyafət zamanı onların bir araya gəlməsi mümkündür.

Qeyd edək ki, sentyabrın əvvəlində Qırğız Respublikasına səfərdən qayıdarkən Rəcəb Tayyib Ərdoğan təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında görüşlə bağlı Donald Trampdan təklif gəlmədiyini, özünün də belə bir görüşə ehtiyac duymadığını bildirib.