Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər


Digərləri 21 Sen 2018 21:12:00 275 0

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər

Avropa Kosmik Agentliyi bədbin məruzə ilə çıxış edib ki, Marsa gedəcək ilk ekspedisiya kosmonavtlar üçün sonuncu olacaq. 

Son.az oxu.az-a istinadla xəbər verir ki, ən əsas faciə kosmonavtların bir illik uçuş zamanı öləcəyidir. Qeyd edilib ki, uçuşun ilk 6 ayında kosmik gəminin ekipajı bütün professional karyerası boyunca qazandığı radiasiyanın 60 faizini əldə edəcək. 

"ExoMars" layihəsinin mütəxəssisləri onlarla canlı üzərində eksperiment aparıblar və radiasiyanın miqdarını müəyyən ediblər.