"Ermənistanda itkin düşmüş 1000 hərbçi var"


Dünya 21 Sen 2018 20:52:00 222 0

"Ermənistanda itkin düşmüş 1000 hərbçi var"

Bu günədək Ermənistanda itkin düşmüş sayılan 1000 hərbçi var.

Son.az Report-a istinadən xəbər verir ki, bu, itkin düşmüş hərbçilərin valideynlərinin sentyabrın 21-də ölkənin baş naziri Nikol Paşinyana ünvanladıqları müraciətdə vurğulanıb.

"Ölənlərin, heç olmasa, məzarları var. Siz gəlib keçdiniz, ancaq orada bizim nəvələrimiz durmuşdular. Onlar şeir oxumaq istəyirdilər. Hamı gəlib keçir, baş əyir. İtkin düşənlərin xatirəsinə isə heç kim diqqət ayırmır", - itkin düşən hərbçilərdən birinin anası deyib.