NASA nadir atmosfer hadisəsini qeydə aldı


Digərləri 21 Sen 2018 21:00:00 253 0

NASA nadir atmosfer hadisəsini qeydə aldı

NASA nadir atmosfer hadisəsi sayılan gümüşü buludları lentə alıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu buludlar eyni zamanda gecə işıqları və mezosfer buludları kimi də tanınır.

NASA-nın "PMC Turbo" missiyası iyul ayında beş gün davam edib. İsveçdəki Esreync poliqonundan alimlər mezsoferə 7 kamera ilə təchiz edilmiş nəhəng hava şarı göndəriblər. Nəticədə 6 milyon foto əldə edilib.

Alimlər ümid edirlər ki, əldə edilən məlumat Yerin atmosferinin üst qatının strukturunu daha yaxşı öyrənməyə kömək edəcək və hava proqnozlarını daha da təkmilləşdirəcək.