İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib (FOTO)


Digərləri 21 Sen 2018 19:45:00 248 0

İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib (FOTO)

İqtisadiyyat naziri Şahin Mustafayev Gəncədə vətəndaşları qəbul edib.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Gəncədə vətəndaşları qəbul edib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbula gələn Gəncə şəhəri, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşlar güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması, məhsul satışı və ixracına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.