Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir


Digərləri 21 Sen 2018 19:02:22 284 0

Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir

Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunmuş "Dünyanın ən böyük dərsi" layihəsi həyata keçirilir.

Bakı. IDEA İctimai Birliyi, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin bir sıra orta məktəblərində Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunmuş "Dünyanın ən böyük dərsi" layihəsi həyata keçirilir. IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, 25 sentyabr 2015-ci il tarixində dünya liderləri tərəfindən BMT-nin Davamlı İnkişaf üzrə 2030 Gündəliyi qəbul edilib. Bununla bağlı, UNICEF və digər təşkilatların dəstəyi ilə "Dünyanın ən böyük dərsi" (The World's Largest Lesson) layihəsi irəli sürülüb. Layihənin məqsədi hər il sentyabr ayının sonundan başlayaraq bütün dünya üzrə məktəblərdə Qlobal məqsədlər barədə dərslərin keçirilməsindən ibarətdir. Azərbaycanda keçiriləcək dərsin məqsədi isə məktəb şagirdlərinin bir sıra mövzulara, o cümlədən iqlim dəyişmələrinə dair biliklərini artırmaqdır. Bu baxımdan, Dərsin diqqət mərkəzində iqlim dəyişmələrinin təsiri və uşaqların öz yaşadıqları ətraf mühiti qoruma yollarını necə inkişaf etdirə biləcəyi məsələsi dayanır. Dərslər layihə çərçivəsində hazırlanmış tədris materialları əsasında keçirilir.