Bu il sığorta şirkətləri 517 milyon manat məbləğində sığorta haqları toplayıb


Digərləri 21 Sen 2018 19:07:00 302 0

Bu il sığorta şirkətləri 517 milyon manat məbləğində sığorta haqları toplayıb

Sığorta haqlarının 72%-i könüllü, 28%-i isə icbari sığorta növlərinin payına düşüb.

Bakı. 2018-ci ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 517 mln. manat məbləğində sığorta haqları toplanıb, 169 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 374.7 mln. manat, ödənişlər isə 124.6 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 142.3 mln. manat, ödənişlər isə 43.9 mln. manat olub.