Bakıda NATO-nun ƏİK çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib (FOTO)


Digərləri 21 Sen 2018 18:32:00 224 0

Bakıda NATO-nun ƏİK çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib (FOTO)

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.

Bakı. Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib. Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikasının HHQ-nin mütəxəssisləri tərəfindən izlənilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin