AZALın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb


Digərləri 21 Sen 2018 18:18:00 266 0

AZALın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

21 sentyabr 2018-ci il, Bakı - AZAL-ın prezidenti Cahangir Əsgərov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə görüş keçirmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüş zamanı cari ilin oktyabrın 30-dan etibarən açılması planlaşdırılan yeni Bakı-Cenevrə-Bakı reysləri ilə bağlı məsələlər müzakirə olunmuşdur. 

Cahangir Əsgərov bildirmişdir ki, Cenevrəyə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik "Airbus A319" təyyarələri ilə yerinə yetiriləcək.