Müdafiə naziri Rusiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb


Digərləri 21 Sen 2018 17:58:00 263 0

Müdafiə naziri Rusiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdə yeni təyin olunan səfiri Mixail Boçarnikov ilə görüşüb.

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdə yeni təyin olunan səfiri Mixail Boçarnikov ilə görüşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Müdafiə naziri Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Rusiya əlaqələrinin zəngin tarixə malik olduğunu deyən general-polkovnik Z.Həsənov bunun gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.