Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb (FOTO)


Digərləri 21 Sen 2018 15:01:34 279 0

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb (FOTO)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb.

Bakı. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Qazaxla yanaşı, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının da sakinləri iştirak edib. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.