Merkel Meyi təhqir etdi VİDEO


Dünya 21 Sen 2018 14:13:00 305 0

Merkel Meyi təhqir etdi  VİDEO

Avropa Birliyi ölkələrinin dövlət və hökumət başçılarının Avstriyanın Zalsburq şəhərində keçirilən qeyri-rəsmi sammitində qalmaqal yaşanıb.

Son.az The Express-ə istinadən bildirir ki, Almaniya kansleri Angela Merkel Britaniyanın baş naziri Tereza Meylə görüşməyb.

Merkelin yaxınlaşdığını görəndə Mey gülümsəyib və irəli addımlayıb. Lakin Merkel ona əsla fikir verməyərək Meyin yanındakı baş nazirlərlə görüşüb, sonra Britaniyanın baş nazirinə arxa çevirib.

Angela Merkel bir qədər əvvəl bəyan etmişdi ki, "Breksit"ə görə Britaniya ciddi zərər görəcək. Almaniya kansleri Britaniya üçün Avropa Birliyindən çıxış prosedurlarını yumşaltmaq niyyətində deyil.

Britaniya parlamentində isə Tereza Meydən çox ciddi narazılıq var. Mey AB ilə danışıqlarda "ifrat yumşaqlıq"da suçlanır. Baş nazirin mart ayında postundan kənarlaşdırılması gözlənilir.