Sahil Babayev Göygöldə 4 rayon və şəhərin sakinləri ilə görüşüb (FOTO)


Digərləri 21 Sen 2018 14:10:00 237 0

Sahil Babayev Göygöldə 4 rayon və şəhərin sakinləri ilə görüşüb (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygül rayonunda həmin rayonun, Daşkəsən, Samux rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edərək, müraciətlərini dinləyib.

Bakı. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygül rayonunda həmin rayonun, Daşkəsən, Samux rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edərək, müraciətlərini dinləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Göygöl şəhər İcra Hakimiyyətinin başçısı Arif Seyidov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Qəbula gələn vətəndaşların müraciətləri əsasən əmək hüquqlarının müdafiəsi, sosial təminat, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluq, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardımların verilməsi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması və s. məsələlərlə bağlı olub. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına əsasən, sosial təminat və əlilliyin qiymətləndirilməsi sistemlərinin bütün həlqələrində şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, bu sistemlərin ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşdırılması hazırda Nazirliyin əsas məqsədlərindən biridir.