DİMdən məhkəməyə müraciət edəcəyini deyən abituriyentlə bağlı


Digərləri 21 Sen 2018 12:03:00 256 0

DİMdən məhkəməyə müraciət edəcəyini deyən abituriyentlə bağlı

Builki yay qəbul imtahanında 596 bal topladığını, lakin Dövlət İmtahan Mərkəzi tərəfindən onun imtahan nəticələrinin saxtalaşdırıldığını və bu səbəbdən də ali məktəbə qəbul ola bilmədiyini iddia edən abituriyent Əsgəri İbrahim Əli oğlunun valideynləri bu iddia ilə əlaqədar məhkəməyə müraciət etmədilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, valideynlərin iddiaları tamamilə əsassız olub: "Məlum idi ki, bu bal məsələsi tamamilə qondarma məsələ idi. Valideynlər Dövlət İmtahan Mərkəzində mənim iştirakımla keçirilən mətbuat konfransında narazı qaldıqları üçün məhkəməyə müraciət edəcəklərini bildirmişdilər. Biz də bunu gözləyirdik, lakin onlar heç nə etmədilər. Çünki bu, yalan məlumat idi. Təəssüf ki, bəzi şəxslər bu prosesdən özlərini reklam etmək üçün istifadə edirlər. Buradan mediaya müraciət edərək bildirirəm ki, hansısa məlumatın araşdırılması üçün birbaşa DİM-ə, eyni zamanda, bunu Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar. Biz hər zaman rəsmi mövqeyimizi bildiririk".